Koronavirusdan ölənlərin sayı gizlədilir: Üç qat çoxdur və... - "THE ECONOMİST"

 10:48 04.09.2021     576

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyə qədər koronavirusun 4,5 milyondan çox insanın ölümünə səbəb olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bir çox tibbi ekspertlər isə gerçək ölüm sayının üç qat çox olduğunu iddia edirlər. 

Bununla bağlı "The Economist" jurnalında maraqlı araşdırma dərc olunub. Araşdırmada qeyd edilib ki, Çin, Rusiya, Hindistan və Latın Amerikası ölkələrində ölüm sayı ya gizlədilir, ya da düzgün qeydiyyat aparılmır. Bu baxımdan virusdan ən azı 15 milyon insan ölüb.

Həmçinin, Latın Amerikası və Afrikada koronavirusdan ölən bir çox insanın testdən belə keçmədiyi vurğulanıb. Xəstəxanalardakı sıxlıq səbəbiylə insanların müalicə almadan virusdan öldüyü deyilir.

Oral Mədənçi / Redaktor.az