Ermənistanın Baş Qərargah rəisi Rusiyaya getdi

 11:39 04.09.2021     98

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Artak Davtyan Rusiyaya səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, Artak Davtyanın başçılıq etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları – 2021”in mükafatlandırma və bağlanış mərasimində iştirak edəcək.

Qeyd edək ki, mərasim bu gün Moskva şəhərində keçiriləcək.