İranda koronavirusdan ölənlərin sayı 110 mini ötüb

 15:44 04.09.2021     134

İranda ötən sutka ərzində 515 nəfər koronavirusdan (COVID-19) ölüb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 110 064 nəfərə yüksəlib.

İranda son 24 saatda 20 404 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 5 103 537 nəfərə çatıb.