ABŞ-dan İrana daha bir SANKSİYA

 16:47 04.09.2021     152

ABŞ Maliyyə Nazirliyi İranın daha dörd vətəndaşının adını sanksiyalar siyahısına daxil edib.

Redaktor.az xəbər verir ki, bu şəxslər terror təşkilatları ilə əlaqədə ittiham edilir.

Məsələyə münasibət bildirən İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə rəsmi Vaşinqtonu tənqid edib. O deyib ki, ABŞ-ın yeni administrasiyası köhnə adətləri davam etdirir. Onun sözlərinə görə, ABŞ sanksiyaları genişləndirməyə və uzatmağa çalışır.

S.Xətibzadə bir daha ABŞ-ı sanksiyalar siyasətindən əl çəkməyə və rəsmi Tehrana hörmətlə yanaşmağa çağırıb. Diqqətə çatdırıb ki, sanksiyaları artırmaqla ABŞ İran xalqının müqavimətindən başqa heç nə əldə edə bilməyəcək.