Türkiyədə yenidən meşə yanğını

 19:08 04.09.2021     419

Türkiyənin Balıkesir şəhərində meşə yanğını baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Yıldız və Bozen məhəllələri arasındakı meşəlik ərazidə yaşanıb.

Naməlum səbəbdən başlayan yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 9 yanğınsöndürən vasitə cəlb edilib.

Bildirilib ki, 1 saatlıq fəaliyyətdən sonra yanğını nəzarətə almaq mümkün olub (report).