Pəncşirdə "Taliban"a ağır zərbə: 600 silahlısı öldürüldü, 1000-dən çox döyüşçüsü əsir düşdü

Əfqanıstanın Pəncşir əyalətində “Taliban” hərəkatının yüzlərlə döyüşçüsü məhv edilib.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müqavimət qüvvələrinin nümayəndəsi Fahim Dəşti bildirib.
“Səhər Pəncşirin müxtəlif bölgələrində təxminən 600 “Taliban” terrorçusu məhv edildi. Mindən çox “Taliban” döyüşçüsü əsir alındı və ya təslim oldu”, - deyə Dəşti “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, “taliban”çılar digər əyalətlərdən yardım almaqda çətinliklə üzləşiblər.
“Al-Jazeera” telekanalının “Talibanda”kı mənbəyə istinadən verdiyi xəbərə görə, Pəncşir əyalətinə edilən hücum bölgənin paytaxtı Bazaraka gedən yolun minalanması nəticəsində yavaşlayıb. Buna görə də “Taliban” Pəncşirin qubernatorunun iqamətgahına girə bilməyib.