ABŞ-da universitetdə atışma olub, xəsarət alanlar var

 00:15 05.09.2021     325

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma olub.

Redaktor.az-ın məlumatına görə, bu barədə şəhər polisi məlumat yayıb.

Məlumata görə, hadisə Tausonov universitetində qeydə alınıb. Atışma zamanı 3 nəfər xəsarət alıb.

“Universitetin kampusu ərazisində (atışma zamanı-red) üç nəfər xəsarət alıb. Polis təhqiqat aparır”, - polisin tvitterdəki səhifəsində bildirilir.

Universitet rəhbərliyinin məlumatına görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Bundan əlavə, hadisə zamanı yaralananlardan yalnız bir qız təhsil müəssisəsinin tələbəsidir. //Report

Vumart və Güvən reklamı Vumart Güvən