Misirdə avtobus qəzasında 12 nəfər həyatını itirdi

 04:24 05.09.2021     131

Misirdə Şarm əş-Şeyx şəhərindən Qahirəyə gedən avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər ölüb.

Redaktor.az-ın məlumata görə, ölənlər arasında bir neçəuşaq var. Təxminən 40 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza Qahirədən təxminən 100 km aralıda Süveyş yaxınlığında baş verib. Təyin olunmayan səbəblərdən sürücü idarəetməni itirib, avtobus yolda beton hasara çırpılıb və aşıb. Qəza yerinə 30-a yaxın təcili yardım maşını göndərilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il Misirdə 12 min insan avtomobil qəzalarında dünyalarını dəyişirlər. //Trend