Taliban hakimiyyəti buna görə ələ keçirdi - ABŞ

 14:51 05.09.2021     154

ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komandanı, general Mark Milli Əfqanıstanın "taliblər" tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb.

Redaktor.az xəbər verir ki, generalın sözlərinə görə, buna səbəb vətəndaşların əvvəlki hökumətə inamsızlığı olub.

"Əsas problemlərdən biri, fikrimcə, korrupsiyadır. Hökumətin xalq qarşısında heç bir legitimliyi yox idi. Bunun nəticəsində nə baş verdiyini gördünüz. Ən yüksək hökumət elitası sözün həqiqi mənasında geri çəkildi", - Milli deyib.

Amerikalı generala görə, Əfqanıstan hökuməti və ordusu məmurların gözlədiyindən daha tez çöküb və bu, Əfqanıstan hökumətinin süqutu kimi hər kəs üçün sürpriz olub.