Ermənistanda COVİD-19-a yoluxanların sayı 245 025 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 245 025 nəfərə çatıb.
Redaktor.az-ın verdiyi məlumata görə, ötən sutka ərzində daha 423 nəfər COVİD-19-a yoluxub, 7 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4 911 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 164 nəfərə yüksəlib. //APA