Bu ölkədə dövlət çevrilişinə cəhd edildi

Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.
Redaktor.az xəbər verir ki, hərbçilər paytaxt Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.
Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı. //Axar.az