Zelenskiyə qarşı sui-qəsdin təfərrüatları məlum oldu

 19:55 05.09.2021     148

Ukrayna Təhlükəsizlik Xidmətinin zəng mərkəzinə ölkə prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, Xidmətin etimad xəttinə zəng edən şəxs özünü Georgiyev Vladimir Aleksandroviç kimi təqdim edib. O, bildirib ki, Ukrayna prezidentinə qarşı sui-qəsdin təşkili və Ali Radanın binasına hücum barədə danışılanları eşidib.

Mərkəzdən həmin nömrəyə cavab zəngi zamanı isə dəstəyi bir xanım qaldırıb.

O, Kiyev-Peçerski monastrının işçisi olduğunu bəyan edib. Qadının sözlərinə görə,  zəng edən psixi pozğunluqları olan şəxsdir və o, tez-tez məbədin meydançasında gəzişir.

Hazırda naməlum şəxs axtarışdadır. Məsələ ilə bağlı araşdırma aparılır. //Oxu.az