“Taliban” müqavimət liderinin təklifini rədd edib

“Taliban” Pəncşirdə mövqe tutan müqavimət qüvvələrinin lideri Əhməd Məsudla müqavilə bağlamaqdan imtina edib.
Redaktor.az xəbər verir ki, daha əvvəl Əhməd Məsud “Taliban” döyüşçülərinin hərbi əməliyyatları dayandırıb Pəncşirdən geri çəkiləcəyi təqdirdə atəşi dayandırmağa hazır olduğunu bildirmişdi. //APA