"Taliban" Pəncşiri ələ keçirdi

"Taliban" hərəkətı Əfqanıstanın Pəncşir əyalətini tamamilə ələ keçirib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində hərəkatın nümayəndəsi Zabiullah Mücahid yazıb.
"Son mövqe, Pəncşir əyaləti tamamilə ələ keçirilib. Bəzi üsyançılar məğlub oldu, bəziləri isə qaçdı" - Z.Mücahid bildirib.
"Taliban"ın nümayəndəsi qeyd edib ki, hərəkat əyalət sakinlərinə qarşı ayrı-seçkilik sərgiləmək niyyətində deyil.