Rusiyada SSRİ xalqlarının soyqırımı ilə bağlı qanun layihəsi hazırlandı

 13:09 06.09.2021     531

Rusiyada “nasizm”, “faşizm” və “Sovet İttifaqı xalqlarının soyqırımı” anlayışları haqqında qanun layihəsi hazırlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Baş prokuroru İqor Krasnov bildirib.

“Nürnberq Beynəlxalq Hərbi Tribunalının nizamnaməsi ilə tanınan beynəlxalq hüquq prinsiplərinin toxunulmazlığını, “nasizm", "faşizm" və "Sovet İttifaqı xalqlarının soyqırımı" kimi anlayışların normativ tərifini müəyyən edən qanun layihəsi hazırlanıb”, deyə Rusiyanın Baş prokuroru “Xabarovsk Prosesi: Tarixi əhəmiyyət və müasir çağırışlar" beynəlxalq forumunda çıxışında qeyd edib.

Onun sözlərinə görə, sənəd nasizmin bərpası və təbliğatına qadağanın tətbiq edilməsini, İkinci Dünya müharibəsinə həsr olunmuş arxiv sənədləri, film və foto materiallar kompleksinin hüquqi statusunun tənzimlənməsini də nəzərdə tutur. //APA