İrəvanda 84 yaşlı kişi 89 yaşlı arvadını inanılmaz üsulla öldürdü

 13:20 06.09.2021     870

İrəvanda yaşlı kişi həyat yoldaşını öldürüb.

Redaktor.az "shamshyan.com"a istinadla xəbər verir ki, sentyabrın 5 -də, saat 11:40 radələrində təcili yardım xidmətinə Nelson Stepan küçəsindəki blokda bir qadın cəsədinin tapılması barədə siqnal daxil olub.

Məlum olub ki, 89 yaşlı Evgeniya Y. elektrik cərəyanından ölüb. Qadının qətlində şübhəli bilinən əri 84 yaşlı A. Kalantaryan saxlanılıb.

Araşdırmaya görə, kişi naqili qadının barmaqlarına dolayıb və daha sonra onu elektrik xəttinə birləşdirib. Naqillər hadisə yerində tapılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

T.İSMAYIL