Qvineyada nazirlərin ölkədən çıxışlarına QADAĞA

 18:58 06.09.2021     1761

Qvineyanın yeni rəhbərliyi hərbi çevriliş zamanı devrilən hökumət üzvlərinin ölkədən getmələrinə qadağa qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə hərbi çevrilişə rəhbərlik edən xüsusi təyinatlı qüvvələrin komandiri, polkovnik-leytenant Mamadi Dombuya bildirib.

O, sabiq nazirlər və digər rəsmiləri məcburi qaydada topladıqları yığıncaqda nitq söyləyib və keçmiş hökumət üzvlərinə iş avtomobillərini təhvil verməyi də tapşırıb. //Report