Qəddafinin oğlu azadlığa çıxdı

 18:30 06.09.2021     97

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxıb.

Redaktor.az-ın məlumatına görə, o, dərhal Türkiyənin İstanbul şəhərinə yollanıb.

Qeyd edək ki, 2001-2002 mövsümündə Liviya çempionatının bombardiri olan Saadi Qəddafi, 2003-2007-ci illərdə peşəkar futbolçu kimi İtaliya klublarında oynayıb.

2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra Saadi Nigerə qaçıb. Lakin bu uzun çəkməyib: O, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.

Qəddafinin oğlu 2011-ci ildə keçirilən aksiyalarda nümayişçilərə qarşı cinayətlərdə, həmçinin Liviyanın futbol məşqçisi Bəşir əl-Rayaninin öldürülməsində (2005) təqsirli bilinib. 2018 -ci ildə məhkəmə ona qarşı qətllə bağlı ittihamı ləğv edib. //Oxu.az