"KamAZ" hidrogenlə işləyən avtobus təqdim edib

 13:26 07.09.2021     150

Rusiyanın "KamAZ" şirkəti "Comtrans-2021" sərgisində hidrogenlə işləyən avtobus təqdim edib.

Redaktor.az-ın məlumatına görə, 6 hidrogen balonu ilə təchiz olunan avtobusun sürəti saatda 80 kilometrədək çatacaq.

Sıxılmış hidrogen ehtiyatı avtobusun 250 kilometr məsafə qət etməsinə imkan verəcək. Bu, adi elektrobuslardan 180 kilometr daha çoxdur.

Qeyd olunur ki, Moskvada "hidrobus"un sınaqları 2022-ci ildə keçiriləcək. Avtobusun sərnişin tutumu 80 nəfərədək çatacaq. //Trend