SON DƏQİQƏ: Əfqanıstanda yeni nazirlərin adları açıqlandı - SİYAHI

 18:54 07.09.2021     743

Əfaqanıstanda idarəçiliyi ələ keçirən "Taliban" bu gün Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Redaktor.az xəbər verir ki, "Taliban" sözcüsü Zəbihullah Mücahid bəzi nazirlərin adlarının məlum olduğunu deyib. Belə ki, Həsən Axund Baş nazir, Molla Baradar Baş nazirin müavini, Saraceddin Hakkani isə daxili işlər naziri olacaq. Molla Yaqub Əfqanıstanın müdafiə naziri vəzifəsini icra edəcək.

Oral Mədənçi / Redaktor.az