Tanınmış italiyalı aktyor vəfat etdi

 20:46 07.09.2021     194

Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.

N.Kastelnuovo 28 oktyabr 1936-cı ildə Lekkoda anadan olub. Uzun müddət televiziyada çalışıb və bir çox filmlərdə rol alıb. Onun ən sevilən çıxışı 1964-cü ildə çəkildiyi "Şerburq çətirləri" (The Umbrellas of Cherbourg) musiqili filmində olub.

Qeyd edək ki, aktyor qlaukoma (yüksək göz təzyiqi) xəstəliyindən əziyyət çəkirdi. //Report