Xəstəxananı su basdı: 16 nəfər öldü

 06:25 08.09.2021     386

Meksikanın İdalqo ştatının Tula şəhərində xəstəxananı su basması nəticəsində ölənlərin sayı 16-ya yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə hökumətin açıqlamasında deyilir.

Belə ki, leysan yağışları Tula çayının məcrasından çıxmasına səbəb olub və nəticədə tibb ocağını su basıb.

Sosial xidmətlər mərkəzinin əməkdaşları 16 nəfərin meyitini binadan çıxarıb. Digər şəxslərin təxliyəsi davam edir.

Məlumata görə, bölgədə təxminən 2 min ev subasma zonasında yerləşir. //Axar.az