Gürcüstan Konstitusiyasına dəyişikliklər edildi

 04:18 08.09.2021     241

Gürcüstan parlamenti ölkə Konstitusiyasına bir sıra dəyişiklikləri nəzərədə tutan qanun layihəsini qəbul edib.

Redaktor.az xəbər verir ki, dəyişikliklərə əsasən, növbəti iki parlament seçkilərində keçid həddi 5%-dən 2%-dək endirilib.

Bununla yanaşı, parlamentdə fraksiya yaratmaq üçün lazım olan deputat sayı 7 nəfərdən 4 nəfərədək azaldılıb.

Qeyd edək ki, ölkənin ana qanununa dəyişikliklər aprelin 19-da hakim “Gürcü Arzusu” ilə müxalifət partiyaları arasında əldə olunan razılaşmanın tərkib hissəsidir. //Oxu.az