ABŞ-da 430 min ev təsərrüfat işıqsız qaldı

 05:27 08.09.2021     68

ABŞ-ın Luiziana ştatında təxminən 430 min ev təsərrüfatı və müəssisə "İda" qasırğasından sonra hələdə işıqsızdır.

Redaktor.az-ın məlumatına görə, sözügedən ev təsərrüfatları və müəssisələrin artıq 9 gündür elektrik enerjisi bərpa edilmir.

Bildirilir ki, ştatın ən böyük şəhəri Yeni Orleanın 75 faizində elektrik enerjisinin verilməsi bərpa edilsədə, ştatın digər rayonlarında əhalinin əksəriyyəti işıqsızdır.

Qeyd edilir ki, ştatın müxtəlif yerlərində elektrik enerjisinin verilməsinin bərpası üzrə işlər 17-29 sentyabr tarixlərinə qədər uzanacaq. //Trend