Rusiyanın fövqəladə hallar naziri həlak oldu

 13:48 08.09.2021     495

Rusiyanın fövqəladə hallar naziri Yengeni Ziniçev həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

“Rossiya Seqodnya” və “Russia today”in baş redaktoru Marqarita Simonyan öz Telegram-kanalında nazirin həlak olmasının təfərrüatını açıqlayıb.

Onun yazdığına görə, Ziniçev sürüşərək suya düşən operatoru xilas etmək üçün suya atılıb, lakin daşın üzərinə çırpılıb.

M.Simonyan suya düşən operatorun da həlak olduğunu bildirib.

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.