Çin "Taliban" hökumətini tanıyacağını bəyan etdi

 15:34 08.09.2021     159

Çin hakimiyyəti Əfqanıstanda “Taliban”ın qurduğu yeni hökuməti dəstəkləməyə hazırdır.

Redaktor.az “Ariananews.af”a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Pekində keçirdiyi brifinqdə “Taliban” hökumətinin tanıyıb-tanımayacaqları ilə bağlı suala cavabında bildirib.

V.Venbin deyib ki, Çin Əfqanıstanın suverenliyinə, müstəqillyinə və ərazi bütövlüyünə hörmət edir.