Bu ölkələrə tayfun yaxınlaşır

Bir neçə gün əvvəl Filippin yaxınlığında, Sakit okeanda yaranan "Çansu" fırtınası kəskin şəkildə güclənib. İndi o Tayvana və Yaponiyanın cənubundakı Okinava prefekturasına doğru irəliləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya İdarəsi bildirib.
Tropik fırtınasına "dağıdıcı" kateqoriyası verilib. Hazırda onun mərkəzi hissəsində küləyin sürəti 15 m/s təşkil edir.
Tayfunun 12 və ya 13 sentyabrda Tayvana və Yaponiyanın Sakisima adalarına yaxınlaşacağı proqnozlaşdırılır.