Ərdoğan Azərbaycan səfirinin etimadnaməsini QƏBUL EDƏCƏK

 10:26 09.09.2021     166

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.

Modern.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub.

Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 17:00-da) baş tutacaq.