"Qarabağdakı əməliyyatlardan sonra PUA-larımıza dünyada maraq daha da artıb" - Selçuk Bayraktar

 13:49 09.09.2021     411

“Qarabağ müharibəsindən sonra dünya dronlarımıza maraq göstərir”.

Redaktor.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin direktoru Selçuk Bayraktar söyləyib.

“PUA-larımıza bütün dünyada böyük maraq var. Xüsusilə İdlib və Qarabağdakı əməliyyatlardan sonra bu maraq daha da artıb. Bu vaxta qədər imzalanan 10-dan çox razılaşma var”, - deyə o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən