Suriyada rus əsgəri öldürüldü - PARTLAYIŞ

 06:30 10.09.2021     567

Suriyada humanitar yardım karvanının getdiyi yolda partlayış nəticəsində rus əsgəri həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Hadisə sentyabrın 9-da Homs əyalətində baş verib. Rusiya hərbi polisi tərəfindən humanitar karvanın marşrut xətti müəyyən edilərkən yolun kənarına quraşdırılmış partlayıcı qurğu işə salınıb. //APA