Zelenskidən Ukrayna və Rusiya arasında müharibə ANONSU

 12:44 10.09.2021     974

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsi ilə Rusiya arasında genişmiqyaslı müharibə ehtimalını mümkün hesab edir.

Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti V. Zelenski Yalta Avropa Strategiya Forumunda (YES) çıxışı zamanı bildirib.

“Hesab edirəm ki, genişmiqyaslı müharibə ola bilər. Bu mövzuda potensial var. Düşünürəm ki, bu, Rusiyanın ən böyük səhvi olacaq”, - deyə o vurğulayıb.

V. Zelenski qeyd edib ki, hazırda ukraynalılarla rusiyalılar arasında boşluq var, lakin vaxt keçdikcə əlaqələr düzələ bilər.

Vumart və Güvən reklamı Vumart Güvən