Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan İMTİNA ETDİ

 14:01 10.09.2021     1137

Ermənistan parlamenti Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina edib.

Redaktor.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məsələ qanunverici orqanın Dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunub.

Belə bir komissiyanın yaradılmasının lehinə cəmi 4 deputat səs verib. Beləliklə, qərar layihəsi qəbul edilməyib.

Qeyd edək ki, bu təşəbbüslə müxalif “Hayastan” fraksiyası çıxış etmişdi.