Putin Ziniçevlə vida mərasimində göz yaşlarını saxlaya bilmədi - VİDEO

 14:38 10.09.2021     1073

Rusiya Prezidenti Vladimir Putin ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri, ordu generalı Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib.

Redaktor.az xəbər verir ki, o, xatirə lövhəsinin önünə gül dəstəsi qoyub və mərhum nazirlə vidalaşıb.

Ziniçevin ailə üzvlərinə başsağlığı verən Rusiya lideri göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Ziniçev Norilskdə keçirilən təlim zamanı kinorejissor Aleksandr Melniki xilas edərkən həlak olub.

Bir gün sonra Vladimir Putin ona “Rusiya Qəhrəmanı” adını verib.