Yaponiyada COVID-19-un “Eta” ştammı tapılıb

 19:01 10.09.2021     210

Yaponiyada koronavirusun “Eta” ştammı aşkar edilib.

Redaktor.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, artıq 18 nəfərdə yeni mutasiya tapılıb.

Bildirilib ki, virus 2020-ci ilin dekabr ayından ötən ilin sentyabr ayına qədər ölkəyə gələn və karantin mərkəzlərində cavabları pozitiv olan xəstələrdən götürülən nümunələri araşdıran Milli Yoluxucu Xəstəliklər İnstitutunda müəyyən edilib.

Fərqli virus mutasiyalarını müəyyənləşdirmək üçün yoluxmaların genetik analizlərinə davam ediləcək.

Qeyd edək ki, ötən ilin dekabrında Böyük Britaniyada ortaya çıxan “Eta” mutasiyası mart ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “maraq doğuran” ştammlar sırasına daxil edilib. //Oxu.az