Ərdoğan öz səsini dinləyib ağladı - VİDEO

 00:19 11.09.2021     770

Türkiyə prezidenti Rəcəb Tayyib Ərədoğan hakim Ədalət və İnkişaf Partiyasının Kahramanmaraşdakı yerli toplantısına qatılıb.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, daha sonra vətəndaşlarla bir araya gələn dövlət başçısı öz səsiylə yazılmış şeri dinləyərkən göz yaşlarına hakim ola bilməyib. Görüş iştirakçıları prezidentə alqışlarla dəstək veriblər.

Sonda isə 1999-cu ildə işıq üzü görmüş Ərdoğanın səsləndirdiyi şeirlərdən ibarət audiotoplu ona hədiyyə edilib.