NATO-nun Baş katibi "Taliban"ın Əfqanıstana nəzarətinin səbəbini açıqladı

“Əfqanıstanda hakimiyyətin süqutu nəticəsində ölkə “Taliban”ın əlinə keçdi”.
Redaktor.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “New York Times”a müsahibəsində bildirib.
“Hakimiyyətin çökməsini ABŞ və NATO-nun Əfqanıstandan çıxmasının sürətləndirməsi araşdırmaçıların işidir. Mənim üçün başlıca hədəf Əfqanıstandan insanların təxliyəsi və terrorçuluğa qarşı mübarizədir”, - Baş katib əlavə edib.
O bildirib ki, ABŞ qoşunlarını Əfqanıstandan çıxarmazdan əvvəl NATO-dakı müttəfiqləri ilə məsləhətləşib:
“ABŞ-sız Alyans Əfqanıstanda əməkdaşlığı davam etdirə bilməzdi. Belə bir variant real deyildi. Bu halda avropalılar Əfqanıstandakı qoşunlarının maliyyələşməsində çətinlik çəkərdi”.