Koronavirusdan qat-qat təhlükəlidir, sürətlə yayılır - YOLUXANLAR ÖLÜR...

 09:41 11.09.2021     608

Hindistanda sürətlə yayılan Nipah virusu koronavirusdan qat-qat təhlükəli hesab edilir.

Redaktor.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yoluxanların cəmi 2 faizinin öldüyünü, Nipah virusunda isə bu rəqəmin 75 faiz olduğunu açıqlayıb. 

Nipah virusuna qarşı heç bir dərman və peyvənd mövcud deyil.

Qeyd edək ki, Nipah virusu (NiV), Paramyxoviridae ailəsinin Henipavirus cinsinə aid bir RNT virusudur. Əsasən yarasalardan insanlara və heyvanlara keçir. Həmçinin, insandan insana da yoluxur.

Oral Mədənçi / Redaktor.az