Rusiyada 19 məktəbdə karantin tətbiq olundu

 12:41 11.09.2021     2697

Rusiyanın Orenburq şəhərində 19 məktəbdə siniflər koronavirusla əlaqədar karantinə bağlanıb.

Redaktor.az xəbər verir ki, hər məktəbdə bir sinifin bağlandığı bildirilir.

Həmin siniflərdə təhsil alan şagirdlər onlayn qaydada dərslərini davam etdirəcəklər.

Bundan başqa, Orenburqda uşaq bağçalarında ümumilikdə 8 qrup karantinə alınıb.