Kanadada qasırğa səbəbindən insanlar elektriksiz qalıb

 21:03 11.09.2021     1166

Kanadanın Nyufaundlend adasının şərq sahillərində "Larry" qasırğası səbəbindən təxminən 60 min insan elektriksiz qalıb.

Redaktor.az xəbər verir ki, küləyin sürəti 50,5 m/s-ə çatır.

Külək yüzlərlə ağac, yol nişanı və reklam lövhələrini uçurub. Hazırda yolların bir hissəsi daşqın səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb.

İnsan tələfatı barədə məlumat verilmir. //Report