“Rusiyadan müqavilələrə əməl etməsini gözləyirik” - Hulusi Akar

 21:11 11.09.2021     1177

“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik”.

Redaktor.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. 

Nazir İdlibə hücum nəticəsində Türkiyə ordusunun iki əsgərinin şəhid olmasından söz açaraq deyib: “Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular. Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq”.

Qeyd edək ki, bu gün Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Yaşar Güler və Quru Qoşunları Komandanı General Musa Avseverlə birgə Hataya gedərək Suriya ilə sərhəd xəttindəki birlik komandirləri ilə görüş keçirib.