"Boeing 767" təyyarəsi qəza enişi etdi - Rusiya

 21:14 11.09.2021     243

Transkontinental layner Rusiyanın Krasnoyarsk şəhərinin hava limanında qəza enişi edib.

Redaktor.az-ın məlumatına görə,  Antalyadan Vladivostoka uçan "Boeing 767" sərnişin təyyarəsi Krasnoyarsk üzərində olan zaman qəza enişi üçün icazə istəyib.

İlkin məlumata əsasən, təyyarənin hidravlikasında problemlər yaranıb.

Qəza enişi nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Təyyarədə olan sərnişinlərin sayı dəqiqləşdirilir. //Trend