Bu gün koronavirusdan ölənlərin sayı 259 nəfərə çatdı - Türkiyə

 22:30 11.09.2021     943

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 259 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 314 046 nəfər test edilib, onların 22 923-nün koronavirus testi pozitiv nəticə verib, 30 144 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 101 454 754 peyvənd tətbiq edilib ki, bunun 82,83 faizi birinci mərhələ vaksinasiya olunanlardır. //APA