Şəhid olan türk əsgərlərinin sayı 3-ə çatdı

Suriayada şəhid olan türk əsgərlərinin sayı 3-ə çatıb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 11 sentyabrda Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinə terror hücumu edilib, 2 əsgər şəhid olub, 3-ü yaralanıb.
Hatay Elmi Tədqiqat Xəstəxanasına aparılan 3 yaralı əsgərdən biri bu gün həkimlərin cəhdlərinə baxmayaraq şəhid olub. //APA