Parisdəki mitinqdə 100-ə yaxın aksiyaçı saxlanılıb

 09:52 12.09.2021     266

Fransanın paytaxtı Parisdə sanitariya keçidlərinə qarşı keçirilən nümayişdə 96 nəfər saxlanılıb.

Redaktor.az bildirir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Sentyabrın 11-də Fransada ölkə daxilində təxminən 121 min adam nümayişlərə qatılıb. 19 min insan isə Parisdə etiraz edib. Aksiya zamanı 3 polis əməkdaşı yaralanıb.

Fransada doqquzuncu həftədir "COVID pasportlarına" qarşı nümayişlər davam edir. Etirazçılar Fransa prezidenti Emmanuel Makronu məhdudlaşdırıcı tədbirlərlə bağlı verdiyi sərəncamlara görə "vəzifə səlahiyyətlərindən sui -istifadə" və "dövlət çevrilişində" günahlandırırlar. /APA