Britaniya ölkəyə səfər qaydalarını dəyişir

 17:14 12.09.2021     561

Britaniya ölkəyə səfər qaydalarında dəyişiklik etməyə hazırlaşır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, hazırda tətbiq olunan “işıqfor” sistemindəki yaşıl və sarı siyahıdakı ölkələr arasında fərq aradan qaldırılacaq.

Hazırda 140 ölkənin daxil olduğu sarı siyahıdakı ölkələrdən krallıq ərazisinə gələnlər iki COVID testi verməli və 10 gün təcrid olunmalıdırlar. Yaşıl siyahıdakı ölkələrdən təşrif buyuranlar isə yalnız bir dəfə test verməklə kifayətlənirlər. Onlar üçün karantin məcburiyyəti yoxdur.