Dünyanın ən təhlükəli adamı ölməyibmiş... - ABŞ-ı 60 dəqiqə hədələdi...

 18:55 12.09.2021     2438

Amerikalılar 11 sentyabr terror aktlarından 20 il sonra daha bir şok yaşayıblar.

Redaktor.az xəbər verir ki, minlərlə insanın ölümünə səbəb olan partlayışların təşkilatçısı olan “Əl-Qaida” lider Ayman əı-Zəvahirinin yaşadığı məlum olub. Belə ki,  Ayman əı-Zəvahirinin 60 dəqiqəlik yeni çıxışı yayımlanıb. Terror təşkilatının "Telegram" hesabında yayımlanan sənədli film formatındakı videoya "Qüds yəhudiləşdirilməyəcək" adlı başlıq qoyulub.

Qeyd edək ki, Ayman əı-Zəvahirinin ötən il öldüyü açıqlanmışdı.

Oral Mədənçi / Redaktor.az