Türkiyədə daha 243 nəfər koronavirusdan öldü

 22:05 12.09.2021     229

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 243 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 310 546 nəfər test edilib, onların 21 352-nin koronavirus testi pozitiv nəticə verib, 25 616nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 101 748 658 peyvənd tətbiq edilib ki, bunun da 83,03 faizi birinci mərhələ vaksinasiya olunanlardır.