KXDR yeni uzaq mənzilli raketləri sınaqdan keçirdi

 02:23 13.09.2021     315

Koreya Xalq Demokratik Respublikası (KXDR) uzaq mənzilli yeni raketləri sınaqdan keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Qeyd edilir ki, raket sınaqları uğurla başa çatıb. Sınaqlar sentyabrın 11-i və 12-də keçirilib.

Raketlərin sınaqlarına təxminən iki il vaxt sərf olunub.

“Böyük əhəmiyyətə malik strateji silah olan uzun mənzilli qanadlı raketin hazırlanması prosesi son iki ildə güclü silahların istehsalına müvafiq olaraq inkişaf edib”, - Koreya Xalq Demokratik Respublikasının dövlət agentliyinin xəbərində deyilir.

Agentlik qeyd edib ki, yeni silahların texniki göstəriciləri layihə tələbləri baxımından qanedicidir. Raketlər 1 500 km məsafədə hədəfləri vurublar. //Report