Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olundu

 10:42 13.09.2021     490

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Bildirilir ki, ölkənin 5 iri şəhəri - Tbilisi, Batumi, Rustavi, Kutaisi və Zuqdididə bu gündən etibarən ictimai nəqliyyatın fəaliyyəti bərpa edilib. 

Həmçinin qeyd olunur ki, ictimai nəqliyyatdan istifadə edən hər kəs maskadan istifadə etməli və sosial məsafəni qorumalıdır.

Qeyd edək ki, Gürcüstanda koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən avqustun 14-dən iri şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.