ABŞ-da güclü yanğında beş nəfər ölüb

 21:16 13.09.2021     586

ABŞ-ın Ohayo ştatının Akron şəhərində yerləşən fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı beş nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Ehtimal olunur ki, onlar qohumdurlar. Məhkəmə tibbi ekspertizasının verdiyi məlumata görə, ölənlər arasında 3 uşaq da var. //Report